Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan ərazisində bayram namazı QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı ilə avqustun 9-da Təzə Pir Məscidində qılınacaq.
İdarədən bildirilib ki, yeni Ay Azərbaycan ərazisində hələlik müşahidə olunmayıb.
Qeyd edək ki, dünyanın əksər müsəlman ölkələrində, o cümlədən Türkiyədə Ramazan bayramı bu gün qeyd edilir.