Bakıda əcaib papaqlar satılır
27 iyun 2013 16:05 (UTC +04:00)

Bakıda əcaib papaqlar satılır

“Ölkəyə gətirilən və ticarət mərkəzlərində satılan bir sıra geyim məhsulları cəmiyyətdə milli ayrı-seçkiliyi, məhəlli təəssübkeşlik hisslərini, bölücülüyü körükləyir, digər yandan yeniyetmə və gənclər arasında mənəvi aşınmaya gətirib çıxarır. Bu cür məhsulların ölkəyə gətirilməsinin qarşısının alınması və satışdan yığışdırılması ilə bağlı bu gün Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişik”. Lent.az-ın məlumatına görə, bu barədə modern.az-a “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib.

O, bildirib ki, Çində - məxsusi Azərbaycana idxal edilməsi üçün istehsal olunan müxtəlif geyim məhsullarının - yay kepkalarının və köynəklərinin üzərində Azərbaycanda yaşayan etnik azlıqların adları, həmçinin, toplumda işlədilən bəzi ayırıcı, məhəlli ifadələr əks olunub: 

“Bu geyimlərdən xüsusən gənclər arasında geniş istifadə olunur. Eyni zamanda, sosial şəbəkələrdə azsaylı xalqların adları ilə açılmış qruplarla təbliğ edilir. İlk baxışdan sadə, primitiv görünən bu vasitələr ölkədə milli ayrı-seçkilik, bölücülük və bölgəçilik hisslərini aşılamağa yönəlmiş cəhddir. Ancaq, nədənsə, bu məhsullar sərhəddən keçərkən və ölkə ərazisində yayılarkən, əlaqədar qurumların diqqətini çəkməyib”.

Baş redaktorun sözlərinə görə, MTN-ə müraciətlərində qeyd olunan halların araşdırılması, bu cür məhsulların ölkəyə daxil olmasının qarşısının alınması və satışda olan belə məhsulların yığışdırılması üçün lazımi tədbirlərin görülməsini xahiş ediblər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4427
avatar

Oxşar yazılar