Azərbaycanda elmi işçilər, o cümlədən gənc alimlər mənzil və ya torpaq sahəsi ilə təmin ediləcək.
APA-nın məlumatına görə, bu, ikinci oxunuşa hazırlanan “Elm haqqında” qanun layihəsinin 37-ci maddəsinin 9-cü bəndində qeyd olunub:
“Dövlət mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan elmi işçilərin, o cümlədən gənc alimlərin mənzil və ya torpaq sahəsi ilə təmin olunması üçün şərait yaradır, onlara güzəştli ipoteka kreditlərinin verilməsini təmin edir”.
Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.