AZAL və FHN birgə təlim keçirdi
28 aprel 2015 17:38 (UTC +04:00)

AZAL və FHN birgə təlim keçirdi

 

I Avropa Oyunları ərəfəsində Heydər Əliyev beynəlxalq hava limanında Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” QSC (AZAL) birgə xüsusi təlim keçirib.


 

AZAL-ın Xidmət rəisi Məhərrəm Səfərli “APA-Economics”ə bildirib ki, təlim tərtib olunmuş Birgə Təlimlər Planına əsasən keçirilib və təlimin mövzusu “Qəza enişi zamanı yanan hava gəmisinin söndürülməsi və qəza-xilasetmə işlərinin həyata keçirilməsi” olub.

 

"Təlimdə 10 ədəd müasir yanğınsöndürən maşın, 120-dən çox canlı qüvvə, 30-a yaxın xüsusi texniki vasitə, xüsusi xilasetmə işləri komandası və təcili tibbi yardım maşınları iştirak edib. Təlimin keçirilməsi zamanı ortaya qoyulan məqsədə və havagəmisinin qəza enişi zamanı ortaya çıxan problemlərinin aradan qaldırılması vərdişlərinin daha da artırılmasına nail olunub", - deyə AZAL rəsmisi bildirib.

 

M. Səfərlinin əlavə edib ki, bu cür birgə təlimlərin gələcəkdə də mütəmadi olaraq keçirilməsi planlaşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar