Avtobuslar nə  vaxta qədər pulsuz olacaq? - RƏSMİ AÇIQLAMA
04 iyul 2018 15:53 (UTC +04:00)

Avtobuslar nə vaxta qədər pulsuz olacaq? - RƏSMİ AÇIQLAMA

“İyulun 3-ü saat 19:00 radələrindən etibarən Bakı şəhərində bütün müntəzəm marşrut xətləri xüsusi rejimdə fəaliyyət göstərir və ödənişsizdir". 

 

 

Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev metropoliten fəaliyyətini bərpa etdikdən sonra bəzi marşrut avtobuslarında ödəniş tələb edilməsinə dair yayılan məlumatlara münasibət bildirərkən deyib. 

 

Onun sözlərinə görə, avtobuslarla sərnişinlərin ödənişsiz daşınması xüsusi rejim başa çatanadək davam edəcək: "Avtobuslarla sərnişinlərin ödənişsiz daşınması vəziyyətinə dair əlavə məlumat veriləcək". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 310
avatar

Oxşar yazılar