Avropa Oyunları vaxtı avtobus və metro sutkada 20 saat işləyəcək
27 aprel 2015 10:48 (UTC +04:00)

Avropa Oyunları vaxtı avtobus və metro sutkada 20 saat işləyəcək

 

“Bakı-2015” Avropa Oyunlarının keçiriləcəyi günlər ərzində Bakı və ətraf ərazilərdə fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri 20 saatlıq iş rejiminə keçəcək.

 

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.

 

“İlk Avropa Oyunlarının keçiriləcəyi günlərdə ictimai nəqliyyat səhər saat 05:00-dan gecə saat 01:00-dək çalışacaq”, - deyə N. Həsənov bildirib.

 

Qurum rəsmisi qeyd edib ki, “Bakı-2015” Avropa Oyunları başa çatdıqdan sonra ictimai nəqliyyat əvvəlki iş rejimində çalışacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar