Yanvarın 21-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara Magistral qaz kəmərlərində carı təmir işləri aparılacaq. Lent.az-ın məlumatına görə, təmir qaz kəmərinin sahəsinin “Alvadı”, ''Göytəpə'', ''Cəlilabad'', ''Azadkənd'' ''Nərimankənd'', ''Qaratəpə'', ''Axundov'', ''Sabirabad'', ''Otuzikilər'', ''Saatlı'', ''İmişli'', ''Qaraçala'' və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında olacaq.
Təmir müddətində Masallı rayonun Təzə Alvadı, Köhnə Alvadı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin İmişli və Saatlı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.