Ağcabədidə peyvəndlərlə bağlı tədbir keçirilib
24 iyul 2015 13:26 (UTC +04:00)

Ağcabədidə peyvəndlərlə bağlı tədbir keçirilib

 

 

“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edilən “Sağlam körpə, etibarlı gələcək üçün peyvəndlər!” layihəsinə start verib.

 

Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi gənc analar arasında maarifləndirmə apararaq onların peyvənd və bu kimi körpə həyatı üçün vacib olan iynələrdən yayınmamasını təmin etmək, sağlam körpələr ilə sağlam gələcək qurmaqdır.

 

Layihə çərçivəsində növbəti tədbir Ağcabədi rayonunda İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzində həyata keçirilib, analar ilə pediatr həkimlərin görüşü təşkil olunub. Layihə boyu keçirilən seminarlarda valideynlərə peyvəndlərin uşaq sağlamlığı üçün müsbət təsirləri izah olunub. Hər bir peyvənd növü haqqında ayrı-ayrılıqda geniş izahat verilib. Pediatrlar uşaqları peyvənd etdirməyib, risk qarşısında qoymağın qətiyyən doğru olmadığını və valideyn uşağını peyvənd etdirmədikdə buna görə məsuliyyət daşıdığını qeyd ediblər. Sonda seminarda iştirak edən valideynlərdən (“seminarda nə öyrəndim?”) təklif və rəylər yazılı formada alınıb. Layihə müddətində analar üçün psixoloq tərəfindən pulsuz psixoloji yardım göstərilib. Övladı üzərində peyvənd və digər vacib müayinə və müalicə, profilaktik tədbirlərə qarşı həssas olan, məlumatsız şəkildə övladını qorumaq istəyində olan valideynlərlə söhbət aparılıb.  Layihə müddətində günün 8 saatı telefon və elektron formada analar peyvəndlə bağlı maraqlandıqları bütün suallara cavab verilib.

 

Qeyd edək ki, layihənin davamlılığını təmin etmək məqsədi ilə valideynlər üçün İnkluziv Təhsil və Uşaq İnkişaf Mərkəzində ayda 1 dəfə olmaqla konsultasiyalar təşkil olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Oxşar yazılar