"Yeni Üfüq" Mənəvi İrsin Təbliği İctimai Birliyinin fəaliyyətinin 1 illiyi və “yeniufuq.org” saytının təqdimatı münasibətilə tədbir keçirilib. Lent.az-ın məlumatına görə, qonaqları salamlayan Qarabağ Seyid Ocaqlarının təmsilçisi Seyid Camal Əzimbəyli “Yeni Üfüq” İctimai Birliyinin 1 il boyunca gördüyü işlərin Azərbaycan dövlətçiliyinə və ölkədə milli-mənəvi dəyərlərimizin dirçəlişinə xidmətdən ibarət olduğunu bildirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin birinci müavini Səyyad Aran, millət vəkili Musa Qasımlı, Türkiyə səfirliyinin təhsil müşaviri Durmuş Gökmən, İB-nin sədr müavini Xanım Qasımova, birliyin gənclər şöbəsinin rəhbəri Elvin Süleymanov çıxış ediblər. Gənc yazar Mirbəhram Əzimbəyli isə yeni şerlərini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə digər qonaqlardan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Bay Media” xəbər agentliyinin rəhbəri Elçin Mirzəbəyli, tanınmış ziyalı Şəmistan Əlizamanlı, respublikanın xalq artisti Mənsum İbrahimov, əməkdar artist Cabir Abdullayev də İB-in sədri Sevinc Əzimbəylini təbrik ediblər.
Tədbirdə “Yeni Üfüq” İctimai Birliyinin 1 illik fəaliyyətini özündə əks etdirən videoçarx izlənilib.