"Qacqınkom" məcburi köçkünlərə xəbərdarlıq etdi
29 yanvar 2014 10:55 (UTC +04:00)

"Qacqınkom" məcburi köçkünlərə xəbərdarlıq etdi

”Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün ailələrinə müraciət edib. Komitədən Lent.az-a verilən məlumata görə, müraciətdə deyilir ki,  ölkəmizdə olan qaçqın və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması daim ölkə prezidentinin diqqət mərkəzində olub və uğurla davam edir.
 

 

Belə ki, 2001-2013-cü illər ərzində 180 min qaçqın və məcburi köçkün yeni mənzillərə köçürülüb və köçürülmə prosesi xüsusi yaradılmış komissiyanın, həmçinin məcburi köçkünlərin özlərinin iştirakı ilə yüksək şəffaflıq şəraitində həyata keçirilib.
 

”Təəssüflə qeyd etməliyik ki, köçürmə prosesi zamanı bəzi dələduzluq halları barədə Komitəyə şifahi məlumatlar daxil olub, Komitə və hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində Komitəyə aid olmayan şəxslər barəsində ciddi tədbirlər görülüb. Hazırda qeyri-rəsmi məlumata görə, Bakı və Gəncə şəhərlərində belə dələduzluq hallarına cəhd olunur”.
 

Komitə bir daha bildirilir ki, köçürmə prosesi indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirilir. Komitə bütün məcburi köçkünləri ciddi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, onlar özləri cinayət məsuliyyətinə cəlb olunacaqlar: ““Dövlətqaçqınkom” bütün məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal (Tel: 012-530-82-37, 012-431-31-26) Komitəyə məlumat versinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659

Oxşar yazılar