Azərbaycan Prezidenti İlham Əliyev ali məktəb tələbələri üçün Prezident təqaüdünün artırılması haqqında Sərəncam imzalayıb.
Lent.az AzərTAc-a istinadla xəbər verir ki, Azərbaycan Respublikasında təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədi ilə Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılıb.