<b>Sürücülərin nəzərinə! - <span style="color:red;">Bu yollarda rənglənmə işləri aparılır</b>
09 iyul 2018 11:17 (UTC +04:00)

Sürücülərin nəzərinə! - Bu yollarda rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən “Saray postu”na kimi olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Lent.az-a verilən məlumata görə, rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.

 

Anoloji işlər bu gün axşam saat 23:00-dan etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun “Xırdalan dairəsi”ndən “Şamaxı yolu” adlanan əraziyədək olan hissəsində də aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.

 

Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243
avatar

Oxşar yazılar