<b>Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək</b>
12 mart 2018 10:47 (UTC +04:00)

Kəmaləddin Heydərov Salyanda vətəndaşları qəbul edəcək

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən  15 mart 2018-ci il tarixdə Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında saat 11.00-dan vətəndaşların qəbulu keçiriləcək. Lent.az FHN-in saytına istinadən xəbər verir ki, qəbulda yalnız Salyan, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

 

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

 

Qəbula gələn vətəndaşların qeydiyyatı Salyan şəhərində, Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin binasında 14 mart 2018-ci il tarixdə saat 09.00-da başlayacaq.

 

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

 

Əlaqə:

 

tel: +994 (12) 512-01-14

 

e-mail: info@fhn.gov.az

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 222
avatar

Oxşar yazılar