[b]Dövlət qulluğuna qəbulda bu pozuntular var -[/b] DİM açıqladı
10 iyul 2017 10:50 (UTC +04:00)

[b]Dövlət qulluğuna qəbulda bu pozuntular var -[/b] DİM açıqladı

 “Dövlət qulluğuna qəbul zamanı müsabiqədən uğurla keçmiş namizədlərin vəzifəyə təyin olunmama halları da aşkarlanır. Belə hallara əsasən məhkəmələrdə təsadüf edilir”.

 

Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov bu gün keçirilmiş “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda  konfransda çıxışı zamanı deyib.

 

Dövlət qulluğu sahəsində təsadüf edilən qanun pozuntularını sadalayan V. Əsgərov deyib ki, bəzi dövlət orqanlarında əksər hallarda müsahibə təşkil edilmədən qəbul aparılıb. Yaxud da həmin vakansiya 30 gün müddətində tutulmadığı hallarda o vakansiya yenidən müsabiqəyə təqdim edilmir: “Bəzi dövlət orqanlarında sınaq  və staj müddətinə düzgün riayət olunmur. Dövlət qulluğuna qanunun tələbləri gözlənilmədən qəbul hallarına da təsadüf olunur”.

 

V. Əsgərov qeyd edib ki, əksərən dövlət qulluğuna qəbul olan şəxs haqqında məlumatlar reyestrdə göstərilmir: “Reyestr aparılması üzrə məsul şəxslərin fəaliyyətinə daha ciddi yanaşmalar olmalıdır. Bu halların aradan qaldırılması üçün DİM tərəfindən dövlət  orqanlarına məktub göndərilib. Reyestrin aparılması üzrə məsul şəxslərin fəaliyyətində qanun pozuntusu aşkar edilərsə, onlar inzibati məsuliyyətə cəlb ediləcək”.

 

Dövlət qulluğuna qəbulla bağlı yeni dəyişikliklərə toxunan DİM əməkdaşı deyib ki, vakant vəzifələrin tutulması üçün daxili müsahibə keçirildikdə və daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadığı halda, həmin vəzifənin 30 gün müddətində ümumi müsahibəyə çıxarılması, ümumi müsahibə yolu ilə tutulmadığı halda isə mütləq qaydada müsabiqəyə çıxarılması barədə qanunvericilikdə dəyişikliklər edilib və bu günə kimi vakant vəzifələrin ümumi müsahibəyə və ya müsabiqəyə çıxarılması məcburi olmadığı halda yeni qaydalarla artıq bu məcburi norma olaraq müəyyən edilib.

   

O, çıxışında bildirib ki, qanunvericilikdə edilmiş əsas dəyişiklik dövlət qulluğuna qəbul sisteminin əhatə dairəsinin genişləndirilməsi olub: "Əgər bundan qabaq müsabiqə ilə qəbul yalnız 5-7-ci təsnifata daxil olan inzibati vəzifələrə şamil olunurdusa, artıq yeni dəyişikliklərə əsasən, dövlət qulluğuna qəbul 1-7-ci təsnifata daxil inzibati vəzifələr üzrə aparılacaq. Yəni dövlət qulluğunda yüksək vəzifə (dövlət orqanında xidmət rəisi, aparat rəhbəri, şöbə müdiri vəzifələri) tutmaq istəyən şəxslər də müsabiqədən keçməli olacaqlar. Dövlət qulluğuna qəbulda edilən digər mühüm dəyişiklik sertifikasiya sisteminin tətbiqi olunmasıdır. Belə  müsabiqənin test mərhələsindən uğurla keçən namizədə müvafiq sertifikat təqdim olunacaq. 5 il müddətində qüvvədə qalacaq bu sənəd namizədə bu müddət ərzində vakant vəzifələr üzrə elan edilən müsahibələrdə iştirak etməyə imkan verəcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 258
avatar

Fərizə Əhmədova

Oxşar yazılar