<b>Ali məktəblərə qəbul imtahanında 74438 nəfər iştirak edib</b>
30 iyul 2018 11:30 (UTC +04:00)

Ali məktəblərə qəbul imtahanında 74438 nəfər iştirak edib

 

"Ali məktəblərə keçirilən yaz-yay qəbul imtahanlarında 74438 nəfər iştirak edib. Onlar 7415 ixtisas seçməlidirlər. Hər kəsin 15 ixtisas seçmək hüququ var".

 

Lent.az-ın əməkdaşının verdiyi xəbərə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, ali məktəblərə ixtisas seçimi bu gün sat 14.00-dan sonra başlayacaq.

 

DİM sədri onu da vurğulayıb ki,  ixtisas seçimi 13 avqusta qədər davam edəcək.

 

Qabiliyyət imtahanında iştirak etmək üçün isə  8277 abituriyent 14015 komissiya üzrə qeydiyyatdan keçib. Qabiliyyət imtahanları  9 avqusta kimi davam edəcək. 2378 nəfər orta ixtisas məktəbləri üzrə seçim edir. 9-cu sinfi bitirmiş 3086 nəfər qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445
avatar

Tural TURAN

Oxşar yazılar