"Adam kimi sürsələr, bu qədər qəza olmaz" - <span style="color:red;">SORĞU
24 avqust 2016 16:07 (UTC +04:00)

"Adam kimi sürsələr, bu qədər qəza olmaz" - SORĞU

Son zamanlar respublikanın avtomobil yollarında baş verən qəzaların sayı artıb. Saytların səhifələrini qəzalarla, qəzalarda dünyasını dəyişən, yaralanan şəxslərlə bağlı xəbərlər "bəzəyir". Qəzaların saylarının artmasının səbəbi nədir? Paytaxt sakinləri APA TV bu sualla paytaxt sakinlərinə müraciət edib:
 
Qaydalara riayət etmirlər. Necə lazımdır, sürmürlər. Gərək qanunlara riayət eləsinlər ki, qəzalar olmasın. Ölüm-itim olmasın.
 
Ancaq yüksək sürət. Qəzaları törədənlər öz övladlarını düşünməyən, öz gəncliyini düşünməyən, yanındakı sərnişinlərin həyatını düşünməyən şəxslərdir. Onlar fikirləşsələr ki, yanımda oturanın taleyi mənim əlimdədir, spirtli içki içib maşına oturmazlar.
 
Yol-hərəkət qaydalarına əməl etmirlər, texnikadan başları çıxmır, məsuliyyət hissini itiriblər.
 
Maşınlar çoxalır. Piyadaları da nəzərə almaq lazımdır. Təkcə, maşınların üstünə yıxmayaq. Bakıda yolu hər yerdə keçirlər. Qırmızı işıqda keçirlər.  Piyadaların təqsiri çoxdur.
 
 Sürücülərin təhlükəli sürməyi.
 
Məncə, sürücü məsuliyyətsizliyi ola bilər.
 
Sürücü düzgün rəftar eləmir. Yaşıl işıq yansa da, piyadalara məhəl qoymurlar. Qaydalara riayət eləmirlər.
 
Bir parça dəmirdir. Allah adama şüur verib. İnsan gərək ilk növbədə özünü qorusun. Tələsmək lazım deyil. Həyat onsuz da qısadır.
 
Səbəblər saymaqla qurtarmır. Yüksək sürət, içkili vəziyyətdə sükan arxasına əyləşmək, yol hərəkəti qaydalarına riayət etməmək, piyadaların məsuliyyətsizliyi və s. Siyahını uzatmaq da olar, amma bu, qəzaların sayının azalmasına gətirib çıxarmayacaq. Bu səbəblər illərdir sadalanır, amma qəzalara qurban verdiyimiz insanların sayı hər il artmaqda davam edir. Bu sahədə qanunvericiliyin sərtləşdirilməsinə doğrudan da ehtiyac var. Hamı yoldan sağ-salamat, yolunuz açıq olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

APA TV

Oxşar yazılar