“Tərbiyəsizlik o həddə çatdı ki...”- MTRŞ-dan ANS-ə
21 oktyabr 2014 23:17 (UTC +04:00)

“Tərbiyəsizlik o həddə çatdı ki...”- MTRŞ-dan ANS-ə

Milli Televiziya və Radio Şurasının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov ANS kanalında yayımlanan “Comedi.az” verlişini tənqid edib.

 

 

“Qafqazinfo” xəbər verir ki, Təvəkkül Dadaşov bu barədə “facebook” səhifəsində yazıb;

 

“ANS-də şənbə günləri “Comedi.az” adlı yumoristik veriliş gedir. Veriliş başdan-ayağa “qara yumor”, qeyri-etik sətiraltı məzmunlu “zarafatlar”dan ibarətdir. Studiyaya yığışan qonaqların çoxu da qadınlar, qızlar olur. Fikir vermişəm, sonuncudan əvvəlki buraxılışlarda intim bir səhnəcik göstəriləndə, tərbiyədən uzaq ifadə işlədiləndə kişilər-oğlanlar qalırdı bir qıraqda, həmin qız-qadınlar gülməkdən uğunub gedirdilər. Amma sonuncu verilişdə tərbiyəsizlik o həddə çatdı ki, hətta hər şeyə gülən o qız-qadınların sifətində bir ikrah görünürdü. Zaldan gülüş səsləri kəsilmişdi. Məncə, bu, kanala, verilişi hazırlayanlara bir siqnal olmalıdı. Çünki öz daimi qonaq-tamaşaçıları belə, narazı görünürdü. Bu qədər də olmaz da...zarafatın, yumorun da həddi olmalıdır”.

# 2904
avatar

Oxşar yazılar

Yağışlı hava  bu tarixədək   davam edəcək

Yağışlı hava bu tarixədək davam edəcək

20 may 2024 , 17:07
Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

Hərbi xidmətə çağırışla bağlı SƏRƏNCAM

20 may 2024 , 17:01
May ayının 18 günündə  yağış yağıb - RƏSMİ

May ayının 18 günündə yağış yağıb - RƏSMİ

20 may 2024 , 16:56
Qaz xətlərinə hava   niyə vurulur? -  AÇIQLAMA   -  VİDEO

Qaz xətlərinə hava niyə vurulur? - AÇIQLAMA - VİDEO

20 may 2024 , 16:48
Lisey və gimnaziyalara qeydiyyat başladı

Lisey və gimnaziyalara qeydiyyat başladı

20 may 2024 , 15:45
Zığ şosesinə DAŞ DÜŞDÜ  - DİQQƏTLİ OLUN!

Zığ şosesinə DAŞ DÜŞDÜ - DİQQƏTLİ OLUN!

20 may 2024 , 15:37
Azərbaycanda abortların sayı  artıb

Azərbaycanda abortların sayı artıb

20 may 2024 , 15:14
“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

“Lifttəmir” İstehsalat Birliyində yenə NÖQSANLAR

20 may 2024 , 13:53