“Televiziyalarda ədəbi dil qaydalarının pozulması adi hala çevrilib” - <span style="color:red;">MTRŞ
11 dekabr 2015 12:07 (UTC +04:00)

“Televiziyalarda ədəbi dil qaydalarının pozulması adi hala çevrilib” - MTRŞ

 

“Azərbaycanda fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib”.

 

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə dair mətbuat konfransında deyib.

 

O bildirib ki, dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir.

 

MTRŞ sədrinin müavini qeyd edib ki, bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb: “Teleradio yayımçılarının efirlərində Azərbaycan ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişməkdədir, lakin problemlər var və onları sayı kifayət qədərdir”.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar