“Qarabağ tədqiqatları” üzrə müsabiqənin nəticələri açıqlandı
28 aprel 2015 12:01 (UTC +04:00)

“Qarabağ tədqiqatları” üzrə müsabiqənin nəticələri açıqlandı

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ölkədə Qarabağla bağlı aparılan elmi tədqiqatların stimullaşdırılması, regional və beynəlxalq səviyyədə araşdırmaların yüksək səviyyədə təmin edilməsi, Qarabağın tarixi, alban kilsələri və digər tarixi abidələrlə bağlı tədqiqatların aparılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin, azərbaycanlılara qarşı soyqırımların, erməni təcavüzlərinin araşdırılması və bu barədə həqiqətlərin elmi əsaslarla dünya ictimaiyyətinə çatdırılmasının təmin edilməsi və Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanı yaradılması məqsədi ilə keçirilmiş “Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsinin nəticələrini açıqlayıb. Fondun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tərəfindən 2014-cü il 25 noyabr tarixində təsdiq edilmiş “Erməni diasporuna qarşı effektiv mübarizə tədbirlərinin və koordinasiya işinin gücləndirilməsinə dair” Fəaliyyət Planına uyğun olaraq keçirilib. 

 

On min manatadək qrantların verilməsi yolu ilə alimlərin xarici ölkələrin arxivlərində işləmək üçün icra müddəti bir ayadək olan layihələrinin maliyyələşdirilməsi nəzərdə tutulur.

 

6 qalib layihə üzrə AMEA-nın Şərqşünaslıq, Tarix  və Folklor institutlarından, həmçinin Bakı Dövlət Universitetindən olan təcrübəli alimlər Türkiyə və Rusiyanın arxivlərində aşağıdakı mövzular üzrə araşdırmalar aparacaqlar:

 

“1905-1920-ci illərdə Qarabağda ermənilər tərəfindən törədilən qırğınlar Osmanlı arxiv sənədlərində”;

“1829-1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”;

“Qarabağ komendantı (Xan qızı Xurşudbanu Natəvanın həyat yoldaşı) general Usmiyevin Qarabağdakı fəaliyyətinin Dağıstanda araşdırılması”;

“Erməni soyqırımı: sənədlər və faktlar”;

“Birinci Dünya müharibəsi illərində Rusiya-erməni əlaqələri və Qarabağda erməni terroru”;

“Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadoluda və Qarabağda törətdikləri qətliamlar arasında təşkilati əlaqəyə dair".

 

Layihə üzrə nəticələrin seminar şəklində təqdimatı və kitab şəklində nəşri planlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151

Oxşar yazılar

Baknın bu rayonuna  prokuror   təyin edildi

Baknın bu rayonuna prokuror təyin edildi

19 iyun 2025 , 17:17
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

19 iyun 2025 , 16:24
Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

Bakıda binanın damında hovuz tikənin kimliyi bilindi - YENİ DETALLAR

19 iyun 2025 , 12:46
35 dərəcə isti  olacaq - Sabahın havası

35 dərəcə isti olacaq - Sabahın havası

19 iyun 2025 , 12:27
Tələbələrin kirayə mənzil KABUSU:  Evlər bu ayda daha ucuz olacaq

Tələbələrin kirayə mənzil KABUSU: Evlər bu ayda daha ucuz olacaq

19 iyun 2025 , 10:56
Müəllimlərin maaşı artıb

Müəllimlərin maaşı artıb

19 iyun 2025 , 10:47
Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

Azərbaycanın 6 universiteti TOP 1000 SIRASINDA

19 iyun 2025 , 10:38
Azərbaycanın itkin-şəhidi  dəfn olunacaq

Azərbaycanın itkin-şəhidi dəfn olunacaq

19 iyun 2025 , 09:45