“Gələcək Naminə” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə “Qalib SƏNSƏN!” layihəsinin icrasını davam etdirir.
Lent.az-ın verdiyi məlumata görə, layihənin məqsədi gənclərin bilik və dünyagörüşünün artırılmasından, gənclərin komanda halında işləməyinə, gənclərin asudə vaxtının səmərəli təşkilinə və universitetə qəbul imtahanına hazırlaşan şagirdlərin motivasiya olunmasına dəstək göstərilməsindən ibarətdir.
Layihə çərçivəsində Camal İbrahimov adına Ağcabədi şəhər 8 saylı tam orta məktəbində tədbir keçirilib. Tədbirdə Ağcabədi şəhər İcra Hakimiyyəti aparatının əməkdaşı Nicat Axundov, 8 saylı məktəbin direktoru Anaq Qasımov, Gənclər və İdman İdarəsinin əməkdaşı Zaur Turabov iştirak ediblər. İntellektual bilik yarışında 8 saylı məktəbin “Gənc istedadlar”, “Qalib mənəm” komandaları və 2 saylı məktəbin “Müvəffəqiyyət” və “Xəmsə” komandaları yarışıblar.