''Azəriqaz'' İstehsalat Birliyi tərəfindən Sumqayıtın Novxanı və Saray bağları ərazisində müxtəlif diametrli 10032 metr uzunluğunda qaz xətləri çəkilib. Bu barədə Lent.az-a İstehsalat Birliyindən məlumat verilib. Saray və Xəzər bağ massivlərində, H.Z.Tağıyev qəsəbəsində və Yaşıldərə yaşayış massivində 22842,5 metr uzunluğunda müxtəlif diametrli qaz kəməri yenisi ilə əvəz edilib.
Yaşma qəsəbəsi, Saray bağları və Yaşıldərə yaşayış massivlərində əhali kateqoriyasına aid abonentlərin təbii qazla təmin edilməsi məqsədilə 17915 metr uzunluğunda müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib.
2013-cü ilin birinci yarısında Sumqayıt şəhəri üzrə 6 yeni qaztənzimləyici, 3 ədəd 80 mm-lik, 3 ədəd 100 mm-lik yeni siyirtmə quraşdırılıb.
Yanvar-iyun aylarında Sumqayıt şəhəri və ətraf yaşayış sahələrində 1551 ədəd “smart-kart” tipli qaz sayğacı quraşdırılıb, 13326 mexaniki sayğac isə “smart-kart” tipli qaz sayğacı ilə əvəz edilib. Hazırda qazlaşdırma işləri davam etdirilir.