“Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə” təsdiqləndi
25 iyun 2013 20:45 (UTC +04:00)

“Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə” təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Samur-Yalama Milli Parkı haqqında Əsasnamə”nin  təsdiq  edilməsi barədə fərman imzalayıb.

 

APA-nın xəbərinə görə, Nazirlər Kabinetinə tapşırılıb ki, “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə uyğun olaraq, xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə qaydasını və ödənişin məbləğini 2 ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin.

 

Nazirlər Kabinetinə həmçinin tapşırılıb ki, bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bu fərmandan irəli gələn məsələləri həll etmək həvalə olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 568
avatar

Oxşar yazılar