Bakı Metropoliteninin “28 may” stansiyasının əsas çıxışı sentyabrın 16-da açılacaq. Lent.az-ın “anspress”ə istinadən məlumatına görə, bu barədə Bakı Metropoliteninin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, stansiyanın əsas giriş-çıxışında işlər artıq yekunlaşıb, bəzi xırda işlər qalıb ki, onlarda yeni tədris ilinin başlanacağı günə qədər tamamlanacaq.
Lakin ümumilikdə “28 may” metrostansiyasında işlərin hələ bir neçə ay çəkəcək: “Orada hələ görüləsi iş çoxdur. Stansiya demək olar ki, yenidən qurulur. Mərmər döşənməsindən tutmuş, sistemlərin yenilənməsinə qədər, hər şey dəqiqliyi ilə ölçülüb-biçilir. Havalandırma sistemi və digər yeniliklər də metroda sərnişinlərin rahatlığı üçün nəzərdə tutulub. Stansiyada işlərin tam yekunlaşacağı tarixi demək doğru olmaz. Hələ görüləcək iş çoxdu. Ola bilər ki, bu ilin sonuna qədər işlər yekunlaşsın”.

“28 may” stansiyasının əsas çıxışı sentyabrın 16-da açılacaq
Oxşar yazılar

XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12