24 quduzluq faktı aşkarlanıb
11 iyul 2013 16:42 (UTC +04:00)

24 quduzluq faktı aşkarlanıb

“Küçə itləri və vəhşi heyvanlara qarşı vaksinasiya aparmaq imkanımız yoxdur”

 

 

“Bu ilin 6 ay ərzində 26 nümunədən 24-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb”.

 

Bunu Lent.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli söyləyib.

 

Həmin nümunələr ən çox sahibsiz it və çaqqallardan götürülüb.  İri və xırda buynuzlu mal-qara, at, sahibli və qeydiyyatda olan it və pişiklər də nümunə götürülən heyvanlar sırasında olub.

 

Quduzluq hallarına ən çox Qax, Şəki, Balakən rayonlarında, o cümlədən Ermənistanla sərhəd zonalarda, cəbhə bölgələrində təsadüf olunub.  Yolçu Xanvəli onu da bildirib ki, ötən 6 ay ərzində quduzluğa qarşı 250 min başa yaxın sahibli və qeydiyyatda olan itlərdə vaksinasiya tədbirləri aparılıb. Dövlət Baytarlıq Xidmətinin küçə itləri və vəhşi heyvanlara qarşı vaksinasiya aparmaq imkanı isə yoxdur: “Birincisi, bunun üçün helikopter lazımdır ki, bu dərmanlar həmin ərazilərə səpilsin. İkincisi, bu dərmanlar çox qiymətlidir və yalnız 6 ay ərzində təsirini saxlayır. Azərbaycan isə günəşli ölkə olduğu üçün bu dərmanların öz təsirini saxlamaq müddəti bir az da azalır. Vəhşi heyvanlar da vaksinasiya olunmadığı üçün qısa müddətdə ev heyvanlarını yoluxdura bilərlər. Ona görə də bütün ölkə ərazisində quduzluqla bağlı hallara rast gəlinə bilər”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 545
avatar

Oxşar yazılar