Uçuşlar zamanı koronavirus testi üçün pul tələb olunacaq? - RƏSMİ CAVAB
03 iyun 2021 13:07 (UTC +04:00)

Uçuşlar zamanı koronavirus testi üçün pul tələb olunacaq? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, edilmiş dəyişikliyə əsasən ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib ki, COVID-19-a dair PCR testlərin keçirilməsi məqsədilə yaxmalar üçün ödəniş tələb olunmur.

Xatırladaq ki, ölkədaxili uçuşların sərnişinlərinin yalnız şəxsiyyət vəsiqəsinin (pasportunun) və müvafiq reys üçün biletinin mövcudluğu yoxlanılacaq.

# 2355
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar