Ucarın  qazı kəsiləcək
05 iyul 2022 14:50 (UTC +04:00)

Ucarın qazı kəsiləcək

Ucar rayonunun bir hissəsinin qazı kəsiləcək.

Lent.az-ın məlumatına görə, “Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, sabah  saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılıb.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacağı gözlənilir.

# 1599
avatar

Oxşar yazılar