“Turan” Prezident təyyarəsi haqda yazdığı xəbərə görə üzr istədi
08 fevral 2025 12:06 (UTC +04:00)

“Turan” Prezident təyyarəsi haqda yazdığı xəbərə görə üzr istədi

Fevralın 5-də Turan İnformasiya Agentliyi “Azərbaycan Prezidentinin təyyarəsi Rusiya üzərində GPS problemləri ilə üzləşdi, araşdırma təsdiqləyir” başlıqlı məqalə dərc edib.

Lent.az xəbər verir ki, Agentlik həmin məqalə ilə bağlı təkzib verib.

Təkzibdə deyilir:

“Məqalədə iddia olunur ki, Azərbaycanın rəsmi prezident təyyarəsi Bakı-1, guya 25 dekabrda Sankt-Peterburqda keçirilən qeyri-rəsmi MDB sammitinə uçuş zamanı xarici texniki maneələrlə qarşılaşıb.

Turan İnformasiya Agentliyi bəyan edir ki, bu məlumat həqiqətə uyğun deyil. Məqalə təsdiqlənmiş faktlara və ya hər hansı rəsmi araşdırmanın nəticələrinə əsaslanmır, əksinə, 25 dekabr 2024-cü ildə Qroznı üzərində AZAL təyyarəsi ilə bağlı hadisələrdən təsirlənən müəlliflərin subyektiv yozumudur. Agentlik oxucularından bu səhvə görə üzr istəyir”.

Qeyd edək ki, "Turan"ın son günlərdə USAİD-in bağlanması ilə bağlı mövqeyi də bəzi suallar doğurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 867

Oxşar yazılar