Son dövrlər daxili gündəmə aid şübhəli yazıları yayan “Turan” USAİD və “Soros”dan aldığı pulların kəsiləcəyindənmi narahatdır?
USAİD bağlanması ciddi suallar yaradıb. Bu suallar daha çox Agentliyin fəaliyyətinə xitam verilməsinin real səbəbləri üzərində qurulub. Düzdür, prezident Donald Tramp tərəfindən Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) rəhbəri təyin edilmiş İlon Mask USAİD-lə bağlı ilkin açıqlamalarında bunu maliyyə yoxlamaları ilə əlaqələndirib. Amma hadisələrin sonrakı gedişatı fərqli nəticələr doğurub.
USAİD niyə bağlandı və səbəbləri nələrdir?
Prosesin gedişindən belə təəssürat yaranır ki, USAİD-in fəaliyyətindəki qüsurlar təkcə maliyyə pozuntuları ilə məhdudlaşmır. Dövlət Departamenti USAİD-ə qarşı geniş miqyaslı tədbirlər görüb: Agentliyin mərkəzi ofisi tamamilə bağlanıb. Ofisin önündəki tanıtım lövhəsi götürülüb, sayt bloklanıb və məxfi məlumatların qorunduğu yaddaş kartları nəzarətə götürülüb. İlon Mask USAİD-in bağlanması ilə bağlı növbəti açıqlamalarında Agentliyi “dəhşətli cinayətlərə bulaşmaqda” ittiham edib.
USAİD hansı “dəhşətli cinayətlərə” imza atıb ki, onların barəsində informasiya verilməsi qeyri-məqbul sayılıb?
USAİD-in qrant siyasəti korrupsiya iddiaları ilə bağlıdırmı?
Bütün diqqət ABŞ-yə, yönəlib. İlon Maskın yeni açıqlamalar verib-verməyəcəyi, məxfi məqamları açıb-açmayacağı müzakirə edilir. Əslində USAİD-in törətdiyi cinayətlər bəllidir. O, əvvəllər 100-ə yaxın ölkədə fəaliyyət göstərib. Sonradan bir çox dövlətlərin ərazisində fəaliyyəti qadağan edilib. Qadağan qərarları verilərkən, bu dövlətlər tərəfindən USAİD-in törətdiyi cinayətlər, yol verdiyi pozuntular barədə bilgilər də açıqlanıb. Məsələn, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti 2023-cü ilin oktyabrında rəsmi açıqlama yayaraq, USAİD-i onun ərazisində dövlət çevrilişi hazırlamaqda ittiham edib. Bənzər açıqlamaların sayı kifayət qədər çoxdur. İndi baş verənlər isə bir qədər fərqlidir. İndiki prosesin özəlliyi budur ki, USAİD-in cinayətləri təkcə xarici dövlətlər tərəfindən gündəmə gətirilmir, həm də ABŞ-nin özü tərəfindən etiraf olunur.
Sərhədsiz Reportyorlar” USAİDİ niyə müdafiə edir?
Maraqlıdır ki, prosesin bu anında da USAİD-i müdafiə edənlər tapılır. Onun fəaliyyətində hansısa müsbət amillərin tapılıb təqdim edilməsinə təşəbbüs göstərilir. USAİD-in fəaliyyətinin davam etdirilməsinə zərurət duyulduğu barədə ABŞ-yə çağırışlar edilir. Məsələn, “Sərhədsiz Reportyorlar” Təşkilatı (RSF) “ Trampın xarici yardımı dondurması bütün dünyada jurnalistikanı xaosa sürükləyir” başlığı ilə hesabat xarakterli məqalə hazırlayıb. Sübut etməyə çalışıb ki, “USAİD bağlanarsa, dünyada demokratik inkişaf dayanacaq, müstəqil jurnalistika məhv olacaq”.
“Sərhədsiz Reportyorlar” faktları manipulyasiya edib gerçək niyyətini gizlətməyə çalışsa da, nail ola bilməyib. Aydın şəkildə görünür ki, o, USAİD-in bağlanmasından deyil, ABŞ-dən aldığı maliyyəsinin kəsiləcəyindən narahatdır. Buna görə də faktları manipulyasiya edir. Məsələn, qeyd edir ki, “USAID təkcə 2023-cü ildə, dünyanın 30 ölkəsində 707 müstəqil xəbər agentliyinə, 279 vətəndaş cəmiyyəti təşkilatına yardım göstərib. 6,200 nəfər jurnalistin təlim və dəstək almasını təmin edib” və sair. Bu fakt, böyük mənada doğrudur, statistik göstəricilər yerindədir. Amma cümlədə iki yanlış söz verməklə, fakt bütövlükdə manipulyasiya edib. Belə ki, USAİD ayrı-ayrı ölkələrdə “müstəqil” xəbər agentlikləri və QHT-ləri deyil, özünün siyasətinə boyun əyən, tendensiyalı məlumat yayan, tendensiyalı hesabatlar və reytinq cədvəlləri hazırlayan təşkilatları maliyyələşdirib. OCCRP ilə əməkdaşlıq edən “jurnalistləri” təlimatlandırıb. Bu, problemin bir tərəfidir. İkinci amil isə odur ki, İlon Maskın eyhamlarına görə, USAD təmsilçiləri “qrant” ayırdıqları partnyorlarla sövdələşməyə gediblər, rüşvət, korrupsiya hallarına yol veriblər. İndi USAİD-i müdafiəyə qalxanlar da həmin sövdələşmələrdən pay alanlardır.
Turan İA və USAİD arasında hansı əlaqələr var?
USAİD-in müdafiəsinə qalxanlar sırasında “Turan” İnformasiya Agentliyi də görünür. Düzdür, o kampaniyada açıq fonda görünməkdən yayınır. Amma əvəzində “məlumat yaymaq” adı ilə USAİD-i müdafiə edənlərə informasiya dəstəyi verir. Məsələn, “Sərhədsiz Reportyorlar”ın USAİD-i müdafiə edən açıqlamasını olduğu kimi dərc edərək paylaşıb.
Əgər “Turan” İnformasiya Agentliyi peşəkar davranıb balans yaratmağa çalışsaydı, USAİD-in “pozitiv” əməlləri ilə yanaşı neqativ əməlləri barədə məlumatları da paylaşsaydı, bəlkə inanmaq olardı ki, o, sadəcə öz işini görür, məlumat yayır. Amma “Turan” İA səhifələrində USAİD barədə neqativ tonlu informasiyalar yoxa çıxıb, yalnız “pozitivlər” qalıb.
“Turan” İA “Sərhədsiz Reportyorlar”ın USAİD-i müdafiə edən hesabatını paylaşmaqla kifayətlənməyib. Özü də bu işə töhvə verməyə çalışıb. Məsələn, youtube səhifəsində yayımlanan “Çətin sual” proqramında USAİD-in “təmizə çıxarılması” üçün var gücünü sərf edib.
“Turan” bu cür mövzularda həmişə "James bond" kimi davranıb. Azərbaycanla ABŞ, yaxud hansısa Qərb dövləti arasında anlaşmazlıq yarananda, öz ölkəsini deyil, əks tərəfi müdafiə edib. Paradosk ondadır ki, USAİD mövzusunda Azərbaycanla ABŞ -nin mövqeləri fərqlənmir. Hər iki tərəf USAİD-i qanun pozuntularında qınayır. “Turan” indi nəyə əsaslanıb tərəfkeşlik göstərir? Son dövrlər daxili gündəmə aid şübhəli yazıları yayan “Turan” USAİD və “Soros”dan aldığı pulların kəsiləcəyindənmi narahatdır?