2025-ci ildə neçə İsrail əsgəri intihara cəhd  edib? - STATİSTİKA 
29 oktyabr 2025 18:56 (UTC +04:00)

2025-ci ildə neçə İsrail əsgəri intihara cəhd edib? - STATİSTİKA 

0

2024-2025-ci illərdə İsrail Müdafiə Qüvvələri əsgərlər arasında 279 intihar cəhdi qeydə alıb.

Knesset Araşdırma Mərkəzi Hadaş partiyasının (Hadaş İsraildə solçu və sionist olmayan siyasi partiyadır – red.) deputatı Ofer Kasifin sorğusu ilə İsrail Müdafiə Qüvvələri əsgərlərinin ruhi sağlamlığı ilə bağlı həyəcan verici məlumatları açıqlayan bir hesabat dərc edib. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hesabata görə, 2024-cü ilin yanvar ayından 2025-ci ilin iyul ayına qədər İsrail Müdafiə Qüvvələri əsgərləri arasında 279 intihar cəhdi qeydə alınıb. Ölüm hallarına gəldikdə, bu, intihar edən hər bir əsgər üçün təxminən yeddi qeydə alınmış cəhdə bərabərdir.

Orduda bu cür hadisələr barədə sistemli məlumat toplamağa yalnız 2024-cü ildə başlanılıb. Tibbi hesabata görə, intihar cəhdlərinin 12 faizi ağır, 88 faizi isə orta dərəcəli kimi təsnif edilib.

Hesabatda həmçinin 2017-ci ildən 2025-ci ilin iyul ayına qədər baş verən intihar hadisələri ilə bağlı məlumatlar da yer alıb: bu dövrdə 124 hərbçi intihar edib. Bunlardan:

• 68 faiz - təcili xidmət,

• 21 faiz - ehtiyat xidmət (döyüş bölmələri),

• 11 faiz - müqaviləli xidmət.

2023-cü ildən bəri ehtiyatda olanlar arasında intihar hallarının əhəmiyyətli dərəcədə artması müşahidə olunur ki, bu da oktyabrın 7-də müharibəsinin başlamasından sonra aktiv ehtiyatda olanların sayının artması ilə əlaqələndirilir.

Hesabatda döyüş bölmələrinə xüsusi diqqət yetirilir. 2017-2022-ci illərdə bütün intiharlar arasında döyüş bölmələrinin payı 42-45 faiz olsa da, 2023-cü ildə 17 faizə düşüb və 2024-cü ildə kəskin şəkildə 78 faizə yüksəlib.

Bundan əlavə, son iki ildə intihar edən hərbi qulluqçuların yalnız 17 faizi faciədən ən azı iki ay əvvəl hərbi psixiatrla görüşüb.

Müdafiə Nazirliyi vurğulayıb ki, bu məlumatlar hərbi qulluqçuların ruhi sağlamlığını dəstəkləmək üçün daha çox diqqət və əlavə tədbirlər tələb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 309

Oxşar yazılar