Taekvondoçumuz dünya çempionatında bürünc medal  qazandı
29 oktyabr 2025 18:16 (UTC +04:00)

Taekvondoçumuz dünya çempionatında bürünc medal qazandı

0

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun taekvondo üzrə və Azərbaycan yığma komandasının üzvü Qaşım Maqomedov Çin Xalq Respublikasının Uşi şəhərində keçirilən dünya çempionatında yüksək nəticə əldə edib.

Lent.az FHN-ə istinadən xəbər verir ki, 100-dən çox müxtəlif ölkənin 1000-ə yaxın idmançısının iştirak etdiyi çempionatda 58 kiloqram çəki dərəcəsində Qaşım Maqomedov Hindistan, Özbəkistan, Serbiya və Türkiyəli idmançılar üzərində qələbə qazanaraq fəxri kürsünün bürünc medalına yiyələnməyi bacarıb. Qalibə medal və diplom təqdim edilib. Çempionata oktyabr ayının 30-da yekun vurulacaq.

Qeyd edək ki, Qaşım Maqomedov Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

***

Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov bürünc medala layiq görülüb.

Lent.az

xəbər verir ki, idmançımız Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qaşim Maqomedov dünyanın ən güclü idmançıları ilə mübarizədə fərqlənib.

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 420

Oxşar yazılar