Müharibə iştirakçısı bahalı nömrə  almaq istəyən əsgər yoldaşını  belə aldatdı
29 oktyabr 2025 13:26 (UTC +04:00)

Müharibə iştirakçısı bahalı nömrə almaq istəyən əsgər yoldaşını belə aldatdı

0

Abşeronda dələduzluq edən Vətən müharibəsi iştirakçısına hökm oxunub.

Lent.az-ın məlumatına görə, 38 yaşlı Cəlil Məmmədov (ad və soyad şərtidir) əsgər yoldaşına qarşı dələduzluq edib.

İttiham aktına görə, Cəlil 2006-cı ildə hərbi xidmətdə olub. 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. Müharibədən əvvəl isə mobil operatorların birində işləyib. Əsgər yoldaşı olan zərərçəkənlə tiktok-da əlaqə saxlayıb. Belə ki, zərərçəkən ondan iki bahalı nömrə almasında kömək etməsini xahiş edib. Cəlil də bu nömrələrin alınması üçün 4200 manat istəyib. Əsgər yoldaşı əvvəlcə 1100 manat beh atıb. Lakin həftəsonu olduğundan mobil operatordan nömrələri almaq mümkün olmayıb. Buna görə də, zərərçəkən Cəlildən pulunu qaytarmasını tələb edib. Cəlil isə həmin pulu şəxsi ehtiyaclarına xərcləyib.

Bu əməlinə görə, Cəlil Məmmədov barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsilə cinayət işi açılıb.

Zərərçəkən ifadəsində bildirib ki, ona dəymiş ziyan tam ödənilib və təqsirləndirilən şəxsə qarşı şikayəti yoxdur.

Abşeron rayon Məhkəməsinin qərarı ilə Cəlil Məmmədov barəsində 7 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 484

Oxşar yazılar