"Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur" - Ramin Məmmədov
09 oktyabr 2026 10:50 (UTC +04:00)

"Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur" - Ramin Məmmədov

0

“Azərbaycanda dövlət bütün dini etiqadlara hörmətlə yanaşır”. 

Lent.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

O bildirib ki, Azərbaycanın dünyəvi dövlət modeli ilə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur. Əksinə, dini etiqad azadlığı, hüquqi dövlət prinsipləri, dünyəvilik və milli-mənəvi dəyərlərə hörmət Azərbaycan cəmiyyətinin ictimai sabitliyini və həmrəyliyini möhkəmləndirən, bir-birini tamamlayan prinsiplərdir:

“Bəzən milli dəyərləri qorumaqla müasir dünyaya inteqrasiya arasında seçim etmək lazım olduğu təsəvvürü yaradılır. Lakin tarixi təcrübə göstərir ki, milli kimliyi qorumaq və müasir inkişaf yolunu seçmək bir-birinə zidd deyil. Başqa sözlə, bizim hədəfimiz qapalı düşüncəli deyil, köklü və açıq düşüncəli, yalnız bilikli deyil, məsuliyyətli, sadəcə texnologiyadan istifadə edən yox, texnologiyanın təsirlərini qiymətləndirə bilən, öz hüquqlarını bilməklə bərabər məsuliyyətlərinidə dərk edən vətəndaş yetişdirməkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar