Oktyabrın son 2 gününün  havası -  Yağış yağacaq,  külək əsəcək
29 oktyabr 2025 17:06 (UTC +04:00)

Oktyabrın son 2 gününün havası - Yağış yağacaq, külək əsəcək

0

Oktyabrın son günlərinin hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Lent.az-a bildirib ki, oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında hava havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, 29-dan 30-na keçən gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Güclü şimal qərb küləyi günün ikinci yarısında mülayimləşəcək:

“Havanın maksimal temperaturu 15-18 dərəcə isti olacaq. Bölgələrdə arabir yağış yağacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensive olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Axşama doğru yağıntılar tədricən kəsiləcək. Havanın maksimal temperaturu aran rayonlarında 16-20, dağlıq ərazilərdə isə 5-9 dərəcə isti olacaq.

Oktyabrın 31-i və noyabrın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə hava şəraitinin sabit olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 488

Oxşar yazılar