Numerologiya, astrologiya və mistik praktika ilə məşğul olan ekspertlər bildiriblər ki, bəzi doğum tarixləri ayından asılı olmayaraq qeyri-adi intellekt, innovativ düşüncə və bəzən hətta intuisiya ilə sərhədləşən qabiliyyətlərlə əlaqələndirilir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, parlaq zəka yalnız universitet təhsili ilə qazanılmır, çox vaxt bu, təbiətdən verilmiş istedad, yaradıcı düşünmə və qeyri-standart qərarvermə bacarığıdır.
Ayın 5-i sürətli düşüncə və çevik zehin
Bu tarixdə doğulanların Merkuri intellekt planeti ilə əlaqələndirildiyi qeyd olunur.
Məlumatı çox sürətli emal etmək bacarığı
Təcrübəyə söykənərək problemləri tez həll etmə qabiliyyəti
Yeniliyi tez görmək və dəyişikliyə açıq olmaq
Ayın 20-si güclü yaddaş və emosional zəka
Ayın 20-sində doğulanlar Ayın təsiri altında sayılır. Belə insanlar çox zaman sakit və təvazökar görünsələr də, gizli intellektual potensiala malikdirlər.
Yüksək səviyyəli yaddaş - biliyin qorunması üçün əsas resurs
Güclü emosional zəka - başqalarının niyyət və ehtiyaclarını “hiss etmək” bacarığı.
Ayın 22-si - praktiklik və gecikmiş, lakin dayanıqlı uğur
Ayın 22-ci günündə doğulanların Uran - yenilik və dəyişiklik planeti ilə əlaqələndirildiyi bildirilir. Onların intellekti daha çox praktik və sistemli xarakter daşıyır, xüsusilə böyük məqsədlərə çatmaq məsələsində.
Bu insanlar tələsmir, əvvəlcə ideyaları üçün güclü və etibarlı təməl qurmağa üstünlük verirlər.
Gec gələn, lakin sabit uğur
Uğurlarını addım-addım, “kərpic-kərpic” inşa etdiklərinə görə ən yüksək nailiyyətlər çox vaxt yetkin yaşlarda özünü göstərir. Mistik yanaşmaya görə, bu tarixdə doğulanlar güclü xarakterlərini, dəyişikliklərə dair baxışlarını və yüksək mənəvi kompaslarını gələcək nəsillərə fayda verəcək dəyərlərin formalaşdırılmasına yönəltmək üçün “missiya” ilə gəlirlər.