Şirvan şəhərindfə 3 bal gücündə zəlzələ baş verib.
Zəlzələlərin tədqiqatı bürosundan Lent.az-a bildirilib ki, zəlzələnin dərinliyi 21 kilometrdir. Zəlzələ yerli vaxtla 16:22-də qeydə alınıb.
Zəlzələ Şirvan stansiyasından 33 kilometr şərqdə qeydə alınıb.