Tovuzda 4 gün əvvəl minik avtomobillərinin toqquşması zamanı xəsarət alan şəxslərdən biri bu gün Bakıda ölüb.
Lent.az-ın məlumatına görə, 16 yaşlı E. Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ötən il dekabr ayının 31-də rayonun Əlimərdanlı kəndində baş verib.
Hərəkətdə olan "BWM" ilə "VAZ-2107" toqquşub.
Qəzadan sonra "BMW" yol kənarında dayanan bir neçə piyadanı vurub. Həmin vaxtı piyada; rayonun Əlimərdanlı kənd sakini 69 yaşlı Həmid Tağıyev hadisə yerində keçinib.
4 nəfər; 16 yaşlı qardaşlar E. Tağıyev və 25 yaşlı E. Tağıyev, 33 yaşlı E. Tağızadə və 59 yaşlı V. Yusifov yaralanaraq xəstəxanaya yerləşdiriliblər.