Tanınmış jurnalist Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.
Jurnalist Rəsul Mirhəşimlinin Lent.az-a verdiyi məlumata görə, həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib: "
Azər Rəşidoğlu artıq bu dəqiqələrdə palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, reanimasiyada saxlamağı məsləhət bilməyiblər".
***
15:58
Tanınmış jurnalist Azər Rəşidoğlu ağır xəstəliyə tutulub.
Bu barədə Lent.az-a jurnalist həmkarı Rəsul Mirhəşimli məlumat verib.
Bildirib ki, A.Rəşidoğlu bu gün Milli Onkologiya Mərkəzində əməliyyat olunub:
"Saat təxminən 1-ə qalmış əməliyyat başladı. 3 saatdan artıq davam edən proses az öncə bitdi. Həkimlər əməliyyatın yaxşı keçdiyini bildirib. Hazırda həmkarımız reanimasiyadır, sabah palataya köçürülməsi ehtimalı var".
Qeyd edək ki, A.Rəşidoğlu bir sıra saytlarda analitik yazılar yazır. "Tolerantlıq" Sosial Araşdırmalar İctimai Birliyinin sədridir.