Sabiq Baş nazir Surət Hüseynov Gəncədə dəfn edilib.
Lent.az APA-ya istinadən xəbər verir ki, o, "Yeni Səbiskar" qəbiristanlığında valideynlərinin məzarının yanında torpağa tapşırılıb.
***
saat 07:18
Sabiq baş nazır Surət Hüseynovun cənazəsi Gəncəyə gətirilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, mərhumla vida mərasimi İsmət Qayıbov küçəsində yerləşən evində keçiriləcək. Vida mərasimindən sonra Surət Hüseynov valideynlərinin məzarının yanında dəfn ediləcək.
Qeyd edək ki, Surət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətrilib.