Səhiyyə Nazirliyi və Prokurorluqdan lisenziyası ləğv edilən cərrahlarla bağlı AÇIQLAMA
06 fevral 2025 12:00 (UTC +04:00)

Səhiyyə Nazirliyi və Prokurorluqdan lisenziyası ləğv edilən cərrahlarla bağlı AÇIQLAMA

Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.

Bu barədə Lent.az-a Səhiyyə Nazirliyi və Baş Prokurorluqdan daxil olan birgə məlumatda qeyd olunub. 

Bildirilir ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

Bu məqsədlə, Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır. 

Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3612

Oxşar yazılar

"Bağırov" tuneli açıldı - VİDEO

"Bağırov" tuneli açıldı - VİDEO

16 aprel 2025 , 14:11
Bakıya leysan,  rayonlara qar yağacaq  - Sabahın HAVASI

Bakıya leysan, rayonlara qar yağacaq - Sabahın HAVASI

16 aprel 2025 , 12:55
Benzinə 90 faiz qənaət etməyin YOLU

Benzinə 90 faiz qənaət etməyin YOLU

16 aprel 2025 , 12:41
Dövlət Sosial Müdafiə Fonduna  yeni sədr  təyin olundu

Dövlət Sosial Müdafiə Fonduna yeni sədr təyin olundu

16 aprel 2025 , 11:37
Polis gücləndirilmiş iş rejiminə keçdi - FOTOLENT +VİDEO

Polis gücləndirilmiş iş rejiminə keçdi - FOTOLENT+VİDEO

16 aprel 2025 , 11:23
Bakıda 92 marşrutda   gecikmə var

Bakıda 92 marşrutda gecikmə var

16 aprel 2025 , 11:14
Bakıda güclü külək ağacları aşırdı - FOTOLENT

Bakıda güclü külək ağacları aşırdı - FOTOLENT

16 aprel 2025 , 11:09
Hazırda bu yollarda tıxac var - SİYAHI

Hazırda bu yollarda tıxac var - SİYAHI

16 aprel 2025 , 10:18