Sabah Bakının mərkəzi küçəsi tam BAĞLANIR  - YENİLƏNİB
31 avqust 2024 18:42 (UTC +04:00)

Sabah Bakının mərkəzi küçəsi tam BAĞLANIR - YENİLƏNİB

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 1-dən Nizami küçəsində (Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Lent.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, məhdudiyyətlə əlaqədar 1, 2, 4, 5, 10, 46, 61, 88 və 125 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq 28 May küçəsi, Bülbül prospekti və Rəşid Behbudov küçəsi ilə təşkil ediləcək.

***
17:34

1 sentyabr saat 6:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.

Lent.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur", - deyə məlumatda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1521
avatar

Oxşar yazılar