Rahibə dünyanın  ən yaşlı insanı   oldu: onun neçə yaşı var?
06 yanvar 2025 11:45 (UTC +04:00)

Rahibə dünyanın ən yaşlı insanı oldu: onun neçə yaşı var?

Yapon qadın Tomiko İtokinin ölümündən sonra dünyanın ən yaşlı insanı titulu braziliyalı İnah Kanabarro Lukasa keçib. Onun yaşı 116 il 210 gündür.

Lent.az bildirir ki, bu barədə Ginnesin Rekordlar Kitabı məlumat yayıb.

İnah 1908-ci il iyunun 8-də Braziliyanın San-Fransisko-de-Assis şəhərində anadan olub. Uşaqlıqda səhhətinin pis olmasına baxmayaraq, o, uzun ömür sürüb. 16 yaşında Kanabarro and içib və rahibə olub.

1930-cu ildə İnah Braziliyaya qayıdıb və burada müxtəlif şəhərlərdəki məktəblərdə portuqal dili və riyaziyyat müəllimi işləyib. Onun karyerası 1980-ci ildə Porto-Aleqridə başa çatıb. 2018-ci ildə 110 yaşı tamam olanda qadın Papa Fransiskdən apostol xeyir-duasını alıb.

İnah Kanabarro Lukas, 118 yaşında vəfat edən Lyusil Rendondan sonra tarixin ən yaşlı ikinci rahibəsidir. Məlumata görə, o, 1908-ci ildə anadan olan sonuncu insan ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1485
avatar

Oxşar yazılar