Qəzada yaralanan Nurulla Siracov: Yoldaşım üçün çox darıxmışam
27 dekabr 2024 01:10 (UTC +04:00)

Qəzada yaralanan Nurulla Siracov: Yoldaşım üçün çox darıxmışam

Təyyarədə yoldaşımla yan-yana oturmuşduq, hadisədən sonra mən onu görməmişəm.

Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AZAL-ın Qazaxıstanın Aktau şəhərində təyyarə qəzasından sağ çıxan Nurulla Siracov deyib.

“Qazaxıstanda da, Azərbaycanda da bizə çox yaxşı baxırlar, hər iki ölkənin həkimlərindən razı qaldım. Lap yaxşı baxırlar mənə, bundan yaxşısı olmur. Az öncə qızım və yeznəm gəlmişdi. Onlar bakıdadırlar. Gəlib mənlə görüşüb və getdilər. Qalanları ilə də görüşəcəm ya evdə, ya da bura gələrlər. Bircə bilmək istəyirəm ki, yoldaşım yaxşıdırmı? İnşallah görüşərik. Təyyarədə yan-yana oturmuşduq. Ondan sonra mən onu görməmişəm. Onun üçün çox darıxıram”, - Nurulla Siracov qeyd edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5136
avatar

Oxşar yazılar