"Qədir Xum" və "Fədək"də YOXLAMA
25 sentyabr 2025 17:14 (UTC +04:00)

"Qədir Xum" və "Fədək"də YOXLAMA

0

Hacıqabul rayonunun Bakı-Şirvan avtomobil yolunda yerləşən "Qədir Xum”, Pirsaat qəsəbəsində yerləşən "Fədək” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib.

AQTA-dan Lent.az-a bildirilib ki, monitorinq zamanı restoranlarda olan vəhşi heyvan və quşların növü, eləcə də miqdarı müəyyən edilib.

Sahibkarlıq subyektlərinə quşların xüsusi mühafizə olunan təbiət ərazilərinə və ya heyvan rifahı tələblərinə cavab verən heyvan parklarına təhvil verilməsi, quşların saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar