Qaz balonu ilə bağlı “dezo” Rusiya tərəfindən yayılıb – Nazirlik
27 dekabr 2024 16:05 (UTC +04:00)

Qaz balonu ilə bağlı “dezo” Rusiya tərəfindən yayılıb – Nazirlik

Qazaxıstana AZAL təyyarəsində oksigen balonu partlaması barədə yanlış məlumatı Rusiya tərəfi verib.

Lent.az xəbər verir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyindən bildirilib.

Qeyd edilib ki, yerli vaxtla saat 10:53-də Rostovda dislokasiya olunan Uçuşların İdarəolunması Mərkəzinin dispetçer məntəqəsindəki uçuş rəhbəri AZAL-a məxsus təyyarənin sərnişin kabinasında oksigen balonunun partlaması və sərnişinlərin huşunu itirməsi səbəbindən təcili eniş etməli olduqlarını deyib və reanimasiya dəstəyi istəyib:

“Bu barədə məlumat alındıqdan sonra bütün xilasetmə xidmətləri hazır vəziyyətə gətirilib” – deyə, məlumatda qeyd olunub.

O da bildirilib ki, hadisələrin xronologiyası haqqında brifinqdə verilən informasiya da məhz Rostovdakı Uçuşların İdarəolunması Mərkəzinin dispetçerinin məlumatlarına əsaslanıb./APA 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Oxşar yazılar