Nadir Məmmədlidən Ramiz Mehdiyevin lüğətlə bağlı fikirlərinə MÜNASİBƏT
20 yanvar 2022 14:47 (UTC +04:00)

Nadir Məmmədlidən Ramiz Mehdiyevin lüğətlə bağlı fikirlərinə MÜNASİBƏT

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli AMEA prezidenti Ramiz Mehdiyevin ötən gün Rəyasət Heyətinin iclasında orfoqrafiya lüğəti ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Lent.az xəbər verir ki, Nadir Məmmədli APA-ya bildirib ki, cəmi 2 aydır, instituta baş direktor təyin olunub, institutda baş verənlər ondan əvvəlki dövrə təsadüf edir:

"Orfoqrafiya lüğəti ötən il çap olunub. Təbii ki, bu məsələyə laqeyd qala bilmərəm. Lüğətlə bağlı məsələyə aydınlıq gətirmək üçün institutun elmi şurasının üzvləri, şöbə müdirləri toplaşıb müzakirə apardıq. Kitabın mətbəəyə gedən son variantını tapdıq. Sonuncu korrektor cildlənmiş halda mətbəəyə göndərib. Həmin kitabda "hörümçək" sözü var. Necə olub ki, bu söz kitaba salınmayıb, bunu aydınlaşdıracağıq. İş olan yerdə səhv də olur. Düşünürəm ki, bu, Dilçilik İnstitutunun səhvi deyil. Belə başa düşürəm ki, mətbəə xətasıdır".
 

# 3480
avatar

Oxşar yazılar