Moskvaya son 50 ilin  ən güclü yağışı   yağıb - FOTOLENT   -  VİDEO
19 iyul 2023 18:16 (UTC +04:00)

Moskvaya son 50 ilin ən güclü yağışı yağıb - FOTOLENT - VİDEO

Moskva sakinləri son 50 ilin ən güclü yağışının şahidi olublar. 

Lent.az bildirir ki, bu barədə “Rossiyskaya qazeta” məlumat yayıb.

“Dünənkiyağış rekordçu oldu. 19 saat ərzində şəhərin mərkəzində 68,3 millimetr, şimal-şərqdə 65,9 millimetrə qədər, paytaxtın cənub-qərbində isə 62,5 millimetr yağıntı düşüb”, - “Meteonovosti” xəbər agentliyinin baş mütəxəssisi Tatyana Pozdnyakova bildirib. O əlavə edib ki, ən güclü yağış Zelenoqradda olub - bir gündə bu Moskva rayonuna 70 millimetr yağış düşüb.

Moskva vilayətində isə daha çox yağıntı olub. Belə ki, Klin şəhərində 90 millimetr yağıntı qeydə alınıb, Volokolamskda isə təxminən aylıq yağıntı düşüb, Kolomna üçüncü yerdə olub. Güclü yağışlar nəticəsində Moskva yaxınlığındakı çaylarda və su anbarlarında suyun səviyyəsi 10-15 santimetr artıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6798
avatar

Oxşar yazılar