Bayramlarla əlaqədar dekabr ayının 29-dan Bakı metropolitenində gücləndirilmiş iş rejimində müvafiq dəyişikliklər edilib.
“Bakı Metropoliteni” QSC-dən Lent.az-a verilən məlumata görə, şəhər mərkəzi və kütləvi bayram tədbirlərinin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.
Zəruri hallar üçün nəzərdə tutulan ehtiyat qatarların xəttə çıxması diqqətdə saxlanılır. Bu tədbirlər yanvar ayının 2-dək davam etdiriləcək.
Dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və bayram gəzintisi nəzərə alınaraq, metropoliten stansiyaları 2022-ci il yanvar ayının 1-nə keçən gecə saat 01:00-a kimi sərnişinlərin girişinə açıq olacaq.
“Bakı Metropoliteni” QSC bayram günlərində hər kəsin xoş ovqatlı anlar keçirməsi, neqativ hallara yol verilməməsi və fəsadların yaşanmaması üçün hər bir sərnişinin həmrəylik nümayiş etdirərək, metropolitendə istifadə qaydalarına və ictimai asayiş tələblərinə ciddi riayət edilməsini rica edir.

Metroda iş vaxtı uzadıldı
Oxşar yazılar

Bu üç ayda doğulan insanlar ən güclü intuisiyaya malikdirlər
20 avqust 2025 , 18:54
Pul yığmağınıza kömək olan 10 MƏSLƏHƏT
20 avqust 2025 , 18:10
Güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
20 avqust 2025 , 17:04
Yayda bu əşyaları maşına qoymayın: partlayış ola bilər
20 avqust 2025 , 16:00
Pensiya alanlara ŞAD XƏBƏR: pullar bu tarixdə tam ödəniləcək
20 avqust 2025 , 15:08
Magistraturaya maraq niyə azalıb? - Deputat DANIŞDI
20 avqust 2025 , 14:03
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları TƏQDİM OLUNDU – Aqil Ələsgər mükafata layiq görüldü - VİDEO
20 avqust 2025 , 13:25