Müştərilərinə qarşı zarafatları ilə tanınan maraşlı dondurma satıcısının bir anda qarşısında Xarici İşlər Naziri Hakan Fidanı görərək dondurmanı birbaşa ona verməsi marağa səbəb olub.
Lent.az xəbər verir ki, uzun illər Türkiyədə kəşfiyyat rəisi çalışan Hakan Fidanın tez-tez maraqlı videoları yayılır.
Fürsət tapdıqca vətəndaşlarla əlaqədə olmağa da laqeyd qalmayan Fidanın bu dəfə Maraş dondurması alar yerdə videosu yayılıb.
Müştəriləri ilə zarafatı ilə məşhur o lan dondurma satan Fidanı görən kimi dondurmanı ona uzadıb.