Yaponiyanın şimalındakı prefekturanın qubernatoru narazı sakinlərini ayı ilə qorxudub.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, bunun səbəbi ayını evtanaziya edən yerli hakimiyyət orqanlarına gələn kütləvi zənglərdir. Məlum olub ki, heyvan Akita şəhərinin supermarketinə girib, burada işçiyə hücum edib, başından və üzündən xəsarət yetirib. Mağazanın boşaldılması və möhürlənməsindən sonra heyvanı tutmaq üçün tələ qəfəsləri qurulub. Ertəsi gün ayı tutulub və evtanizasiya edilib.
Nəticədə, xarici media qeyd edib ki, məmurlara 56 dəfə zəng edilib, 24 halda insanlar heyvanın öldürülməsi qərarından narazı qalıb. Buna cavab olaraq prefekturanın qubernatoru narazıların üstünə ayı buraxacağını bildirib.
"Mənə ünvanınızı verin, çünki sizə ayı göndərəcəyəm. Əgər onlara görə narahat olursunuzsa, onu evinizə göndərəcəyəm ", - o deyib.
Mütəxəssislərin fikrincə, son illərdə Yaponiyanın kənd yerlərində ayı hücumları ciddi problemə çevrilib ki, bu da ovçuların sayının azalması ilə bağlıdır.