Məktəblər virusa görə distant təhsilə keçə bilərmi? - RƏSMİ CAVAB
15 yanvar 2025 16:10 (UTC +04:00)

Məktəblər virusa görə distant təhsilə keçə bilərmi? - RƏSMİ CAVAB

Ötən gün Bakıda bir sinifdən 20 şagirdin xəstə olması barədə xəbər vermişdik. 

Azərbaycanda həm böyüklər, həm də uşaqlar arasında qrip simptomlu virusa yoluxma halları müşahidə olunur.

Orta məktəblərdə də virusun sürətlə yayılması valideynləri ciddi narahat edir və onlar dərslərin dayandırılmasını tələb edirlər.

Lent.az sosial şəbəkələrdə məktəblərin distant təhsilə keçməsi ilə bağlı səslənən təkliflərə münasibət öyrənmək üçün Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən saytımıza bildirilib ki, ölkəmizdə qrip və digər respirator xəstəliklər üzrə epidemioloji vəziyyət daim diqqət mərkəzindədir:

"Payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlər həyata keçirilir ki, bunlardan da ən vacibi qrip infeksiyasına qarşı peyvəndləmə işidir. Belə ki, sentyabr ayından başlayaraq ölkə ərazisində mövsümi qrip əleyhinə vaksinasiya tədbirləri uğurla həyata keçirilir. Əhali arasında qrip əleyhinə peyvəndlənmə könüllü şəkildə aparılır. Qrip virusuna qarşı vaksinasiya xəstəliyin profilaktikası üçün əhəmiyyətlidir. Əsasən də xroniki xəstəliyi olanlar, hamilə qadınlar, immun sistemi zəif olanlar üçün qrip vaksini vacibdir".

Məlumatda qeyd olunur ki, respirator virus infeksiyalarının ilkin əlamətləri qeydə alındıqda mütləq tibb müəssisəsinə müraciət etmək, həkim təyinatı əsasında müalicə olunmaq vacibdir: "Bu zaman ağırlașmaların və xəstəliyin yayılmasının qarșısı alınır. Hazırda ölkəmizdə Səhiyyə Nazirliyinin xətti ilə qripə qarşı kifayət qədər effektiv və təhlükəsiz olan peyvəndlər gətirilib və ambulator-poliklinik  yardım göstərən tibb müəssisələrinə paylanılıb. Qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər".

Gigiyena və Epidemiologiya Mərkəzi məktəblərin distant təhsilə keçməsi ilə bağlı səslənən təkliflərə də cavab verib:

"Hazırda məktəblərin distant təhsilə keçirilməsinə ehtiyac yoxdur".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1266
avatar

Ləman Sərraf

Oxşar yazılar